330x110
 

Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

23.08.2021,10:18


23 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumatnda deyilir.

Məlumata görə, 7 ayda ölkəmizdən İtaliyaya dəyəri 658,3 milyon ABŞ dolları olmaqla 2 milyard 561,5 milyon kubmetr, Yunanıstana 96,1 milyon dollarlıq 344 milyon kubmetr, Bolqarıstana isə 19,3 milyon dollarlıq 134,9 min kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 974,4 milyon dollarlıq 6 milyard 793,2 milyon kubmetr, Gürcüstana 261,7 milyon dollarlıq 2 milyard 94,4 milyon kubmetr qaz ixrac olunub.

Qeyd edək ki, ilin ilk 7 ayında ölkədən ümumilikdə 12 milyard 61,1 milyon kubmetr qaz ixrac edilib, ixracın dəyəri isə 2 milyard 14,9 milyon dollar təşkil edib.