Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 8,7 faizi taksilərin payına düşüb

10:37 - 23.08.2021


23 avgust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 628,5 milyon sərnişin daşınıb və 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz azalma qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məkumat yayıb.

Bildirilib ki, sərnişinlərin 91,3 faizi avtobus, 8,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 8,5 faiz azalıb.

 

Bütün xəbərlər