SOCAR-ın təsdiq edilmiş neft ehtiyatları azalıb

15:37 - 23.08.2021


23 avqust, Fineko/abc.az. 2021-ci il yanvarın 1-i tarixinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təsdiq edilmiş neft ehtiyatlarının həcmi 6,5 % azalaraq 112 milyard 350 milyon ton təşkil edib.

Bu barədə SOCAR-ın 2020-ci il üzrə "Davamlı İnkişaf Hesabatı"nda bildirilib.

Hesabat dövründə SOCAR-ın istehsala daxil edilən neft ehtiyatları 61 milyard 311 milyon ton (illik müqayisədə 8,7 % az), istehsala daxil edilməyən neft ehtiyyatları 6 milyard 755 milyon ton (1,9 % az), işlənmiş neft ehtiyyatları 68 milyard 066 milyon ton (8 % az), işlənməmiş neft ehtiyyatları 44 milyard 284 milyon ton (4,1 % az) təşkil edib.

Qeyd edək ki, SOCAR-ın təsdiq edilmiş neft və qaz ehtiyatları “DeGolyer & MacNaugthon” şirkətinin 2020-ci ildə apardığı tədqiqat və qiymətləndirmə hesabatına istinadən verilib.

© Report

Bütün xəbərlər