330x110
 

Ölkədəki yataqlardan hasil olunan neft və qazın həcmi açıqlanıb

24.08.2021,10:47


24 avgust, Fineko/abc.az. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Belə ki, bəhs olunan dövrdə “Azəri-Çıraq-Günəşli”-dən 537 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Yataqlar istismara veriləndən cari ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 184 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 147 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kub metrdən çoxu ixraca nəql edilib.

Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.