Daşkəsən məişət tullantıları ilə çirkləndirilir? - “AzerGold”dan cavab

11:15 - 24.08.2021


24 avgust, Fineko/abc.az. Son günlər sosial şəbəkələrdə Daşkəsən rayonunun Xoşbulaq kəndi və rayonunun digər ərazilərinin məişət tullantıları ilə çirkləndirilməsi, “zibilxanaya” çevirilməsi ilə bağlı məlumatlar yayılır. Təəssüflər olsun ki, bu məsələdə Daşkəsən rayonunda fəaliyyət göstərən və rayonun sosial-iqtisadi inkişafında mühüm xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) də əsassız olaraq adı hallanır.

ABC.AZ xəbər verir ki, “AzerGold” QSC-dən məsələyə aydınlıq gətirilib. Belə ki, qurumun mətbuat katibi Ariz Tarverdiyev qeyd edib ki, Daşkəsən rayonunda əvvəllər tullantı poliqonu kimi istifadə edilən ərazi Daşkəsən Dəmir Filizi Sahəsinin inzibati sərhədləri daxilində yerləşir.

"“AzerGold” QSC-nin törəmə müəssisəsi olan “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-dən sahələr təhvil alındığı zaman istehsalat müəssisəsinin ərazisinin qanunsuz olaraq tullantı poliqonuna çevrilməsi faktı müəyyən edilib. Sözügedən sahə təmizlənərək abadlaşdırılıb və təyinatı üzrə istifadəyə hazır vəziyyətə gətirilib. Həmin ərazinin boş süxurların saxlanc anbarı qismində istifadə olunması nəzərdə tutulub" deyə qurum rəsmisi vurğulayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər