330x110
 

Azərbaycanda balıqçılıq inkişaf etdiriləcək- Strategiya hazırlanacaq

24.08.2021,15:19


24 avgust, Fineko/abc.az. Bu ilin sonunadək Azərbaycanda müəyyən olunan iqtisadi zonaların hər biri üzrə ayrı-ayrılıqda balıqçılığın inkişafına dair strategiya hazırlanacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı deyib.

Onun sözlərinə görə, burada söhbət həmçinin, işğaldan azad olunan ərazilərdən gedir ki, burada zəngin su qaynaqları mövcuddur.

“Biz işğaldan azad olunan ərazilərə baxış keçirdik. Bu ərazilərdə zəngin su qaynaqlarının olduğunu nəzərə alaraq, balıqçılığın inkişafına dair böyük potensial olduğunu bildirdik”, - deyə Z.Salmanlı qeyd edib.