"Volvo" Çinin şirkətini alır - Artıq müqavilə də imzalanıb

15:36 - 24.08.2021


24 avgust, Fineko/abc.az. İsveçin avtomobil istehsalçısı "Volvo Trucks" şirkəti yük maşını istehsal edəcək.

ABC.AZ xəbər verir ki, bu məqsədlə İsveç şirkəti Çinin "JMC Heavy Duty Vehicle" (JMC) şirkətini alır.

Artıq tərəflər arasında müvafiq razılıq əldə olunub.

Dövlətə məxsus "Jiangling Motors" şirkətinin törəməsi olan "JMC Heavy Duty Vehicle"ın alqı-satqısı məbləği təxminən 800 milyon yuan (təxminən 125 milyon dollar) təşkil edəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər