Prezident ATƏT-in Minsk qrupundan danışdı

15:53 - 24.08.2021


24 avgust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezirent İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qəbul zamanı bəzi vacib məqamlara toxunub.

İ.Əliyev qeyd edib ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var.

"Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər", - deyə İ. Əliyev qeyd edib.

 

Bütün xəbərlər