Avropada qazın qiyməti 10 faiz bahalaşdı – Səbəblər

10:03 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Avqustun 24-də ticarət zamanı Avropada qazın qiyməti təxminən 10% artaraq yenidən 1000 kubmetr üçün 550 dollara yüksəlib.

ABC.AZ xəbər verir ki, sentyabr fyuçers müqaviləsinin dəyəri 9,6% artaraq min kubmetr üçün təxminən 550 dollara çatıb.

Qeyd edək ki, ötən həftə Avropada qazın qiyməti 1000 kubmetr üçün 580 dollara çatmışdı.

Daha sonra "Qazprom" un əlavə qaz tədarükünə başlayacağı iddia edilən yalan məlumatlar fonunda qaz bir neçə gün ərzində təxminən 100 dollar ucuzlaşmışdı.

 

Bütün xəbərlər