Bir gün əvvəl yüksəlişdən sonra neft qiymətləri azalır, Brent $70,90 təşkil edir

10:15 - 25.08.2021


25 avqust, Fineko/abc.az. Əvvəlki iki sessiyanın nəticələrinə görə inamlı artımdan sonra, neftin etalon markalarının qiymətləri çərşənbə günü ticarətində azalır.

Saat 9:36-da London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,15 (0,21%) enərək bir barelə $70,90 təşkil edib. Avqustun 24-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $2,30 (3,35%) artaraq bir barelə $71,05 təşkil edib.

Saat 9:36-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,21 (0,31%) enərək bir barelə $67,33 $65,95 təşkil edib. Avqustun 24-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $1,90 (2,90%) artaraq bir barelə $67,54 təşkil edib.

Əvvəlki iki sessiya ərzində Brent markalı neftin qiyməti 9%, WTI – 8,7% bahalaşıb.

 

Bütün xəbərlər