Yeni peşə standartları hazırlanacaq – Tender

10:58 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Dövlət Məşğulluq Agentliyi "Yeni peşə və kvalifikasiya standartlarının hazırlanması və mövcud peşə və kvalifikasiya standartlarının yenilənməsi xidmətlərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi "Global Legal" MMC və "Ekvita Consulting" MMC konsorsiumudur. Agentlik qalib konsorsium ilə məbləği 920 min manat olan müqavilə imzalayıb.

 

Bütün xəbərlər