Gürcüstanda koronovirusla əlaqədar yeni qadağalar tətbiq edilir

11:01 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Gürcüstan hökuməti ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən yeni məhdudiyyətlər tətbiq edir.

ABC.AZ-ın məlumatına görə, bu gündən etibarən ölkədə kafe və restoranlar 22:00-a kimi fəaliyyət göstərəcək.

Yeni qərardan əvvəl kafe və restoranlara 23:00-a kimi müştərilərə xidmət göstərməyə icazə verilirdi.

Bununla yanaşı, idman tədbirlərinin azarkeşsiz keçirilməsi ilə bağlı da qərar verilib. 

Bütün xəbərlər