AZAL-dan Füzuli sakinlərinə jest - Qurum onları işə dəvət edir

15:48 - 25.08.2021


25 avgust, Fineko/abc.az. AZAL Füzuli əsilli vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakant yerlərin açıldığını elan edir.

ABC.AZ-ın məlumatına görə, Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.

İxtisas seçimi müsabiqə əsasında aparılacaq. Ətraflı AZAL-ın saytından məlumat ala bilərsiniz.

 

Bütün xəbərlər