Çin nəhəngi yeni şirkət təsis edib - Proqram təminatı hazırlayacaqlar

16:16 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Çin kompüter istehsalçısı Lenovo Şanxayda yeni şirkət qurduğunu elan edib.

ABC.AZ-ın məlumatına görə, "Lianxiang Xinshijie" adlı yeni şirkətin nizamnamə kapitalı 10 milyon yuan (təxminən 1,5 milyon dollar) təşkil edəcək.

Yeni şirkət proqram təminatının hazırlanması, məlumatların işlənməsi üzrə xidmətlərin göstərilməsi, həmçinin süni intellekt texnologiyalarından istifadə etməklə tətbiqli proqram təminatının hazırlanması olacaq.

Qeyd edək ki, bu ilin ikinci rübündə Lenovo-nun cəmi gəlirləri 2020 -ci ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 109,4 milyard yuan (təxminən 16,29 milyard dollar) təşkil edib.

 

Bütün xəbərlər