"Xiaomi" şirkəti xalis mənfəətin çoxluğuna görə dünyada 2-ci oldu

16:34 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Çinin "Xiaomi" şirkətinin 2021-ci ilin ikinci rübündə cəmi gəlirləri 87,79 milyard yuan (13,5 milyard dollar) təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,2% çox deməkdir. Belə ki, şirkətin aprel-iyun aylarında xalis mənfəəti illik müqayisədə 4,2% artaraq 6,32 milyard yuan (976,8 milyon dollar) olub.

Bu müddət ərzində şirkət illik müqayisədə 86,8% artımla 52,9 milyon smartfon satıb.

Bu göstəriciyə görə "Xiaomi" dünyada ikinci yeri tutub.

İkinci rübdə smartfon satışından əldə olunan gəlir 86,8% artaraq 59,1 milyard yuan (9,1 milyard dollar) olub.

 

Bütün xəbərlər