Neft ucuzlaşır, Brent bir barelə $71,83 təşkil edir

10:14 - 26.08.2021


26 avqust, Fineko/abc.az. Cümə axşamı üç ardıcıl sessiyanın nəticələrində müşahidə olunan artımdan sonra neftin etalon markalarının qiymətləri ticarətdə azalır.

Saat 9:38-də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,42 (0,58%) ucuzlaşaraq bir barelə $71,83  təşkil edib. Avqustun 25-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $1,20 (1,69%) artaraq bir barelə $72,25 təşkil edib.

Saat 9:38-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,54 (0,79%) azalaraq bir barelə $67,82 təşkil edib. Avqustun 25-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers 0,82 (1,22%) artaraq bir barelə $68,36 təşkil edib.

 

Bütün xəbərlər