“Mingəçevir Tekstil” MMC-nin nizamnamə kapitalı kəskin artırıldı

11:49 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Azərbaycanda iplik istehsalı olan iki iri zavodun məxsus olduğu “Mingəçevir Tekstil” MMC-nin nizamnamə kapitalı kəskin böyüdülüb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, şirkətin nizamnamə kapitalı 1 000 manatdan 149 474 275 manata qədər artırılıb.

Bu da 149 min dəfə artım deməkdir. “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə yaradılıb. MMC Mingəçevir Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Bütün xəbərlər