"Bakı Sığorta" ilin I yarısını zərərlə başa vurub

11:53 - 26.08.2021


26 avqust, Fineko/abc.az. "Bakı Sığorta" ASC bu ilin I yarısını 1,025 milyon manat zərərlə başa vurub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatın da deyilir.

Sənədə əsasən, 2021-ci ilin yanvar-iyun aylarında "Bakı Sığorta"nın gəlirləri 965 min manat, xərcləri isə 1,99 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə "Bakı Sığorta"nın aktivləri 12.548 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 6,5% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 82,2% artaraq 3,963 milyon manata çatıb, balans kapitalı isə 10,7% azalaraq 8,585 milyon manata düşüb.

 

Bütün xəbərlər