“Zəyəm Texnologiyalar Parkı”nın gəlirləri artıb ya azalıb? - Hesabat

14:41 - 26.08.2021


26 avgust, Fineko/abc.az. 2020-ci ildə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin cəmi əməliyyat gəlirləri 4 milyon 58 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkətin illik maliyyə hesabatından məlum olur.

Məlumatda qeyd olunur ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyon 443 min manat və ya 55,2% çoxdur.

Müqayisə üçün qeyd edək ki, “Zəyəm Texnologiyalar Parkı” 2019-cu ildə 2 milyon 614 min manat əməliyyat gəlirləri əldə etmişdi.

Ötən il “Zəyəm Texnologiyalar Parkı”nın cəmi xərcləri 6 milyon 790 min manat təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 milyon 690 min manat və ya 3,2 dəfə çoxdur. 2019-cu ildə şirkətin cəmi xərcləri 2 milyon 101 min manat olmuşdu.

 

Bütün xəbərlər