Neft bahalaşır, Brent bir barelə $71,94 təşkil edir

09:59 - 27.08.2021


27 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri cümə günü ticarətində yüksəlir və həftəni inamlı artımla tamamlaya bilər. Bu həftənin əvvəlindən neftin qiymətinin artımı Brent üzrə 9,04%, WTI üzrə isə 8,5% təşkil edib.

Saat 9:15-də London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,87 (1,22%) bahalaşaraq bir barelə $71,94   təşkil edib. Avqustun 26-da baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $1,18 (1,63%) düşərək bir barelə $71,07  təşkil edib.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,81 (1,20%) artaraq bir barelə $68,23 təşkil edib. Avqustun 26-da baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $0,94 (1,38%) azalaraq bir barelə $67,42 təşkil edib.

 

Bütün xəbərlər