Rusiya Hollandiyanın nəhəng internet resursunu cərimələyib

10:06 - 27.08.2021


27 avgust, Fineko/abc.az. Rusiya Federal Antiinhisar Xidməti Hollandiyanın resursu olan "Booking.com"u cərimələyib.

ABC.AZ-ın məlumatına görə, sözügedən resurs Rusiya bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə cərimələnib.

Məbləğ olaraq 1,3 milyard rubl (30 milyon manat) göstərilir. Federal Antiinhisar Xidmətinə görə, şirkət otellərə və yataqxanalara öz şərtlərini məcburi tətbiq edib.

Nəticədə otellər digər satış kanallarında xidmətlərinin qiymətlərini Booking.com-dan daha aşağı təyin edə bilməyiblər.

 

Bütün xəbərlər