Bu sığorta şirkətlərinin hesabladığı sığorta haqları azalıb – Siyahı

14:30 - 27.08.2021


27 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayı ərzində (yanvar-iyul dövründə) Azərbaycanda fəaliyyət göstərən 6 sığorta şirkətinin hesabladığı sığorta haqları ilə bağlı məlumat yayılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 6 sığorta şirkətinin hesabladığı sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. AtaSığorta”, “Atəşgah Sığorta”, “Azsığorta”, “İpək Yolu Sığorta”, “Meqa Sığorta” və“Xalq Sığorta”nın hesabladıqları sığorta haqları azalıb.

Ən pis vəziyyət “Meqa Sığorta”dıdr. Yığım (hesablanmış sığorta haqları) “AtaSığorta”da 9,4%, “Atəşgah Sığorta”da 2,2%, “Azsığorta”da 10,8%, “İpək Yolu Sığorta”da 10%, “Meqa Sığorta”da 27,2%, “Xalq Sığorta”da isə 7,1% azalıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər