Çinin nəhəng şirkətinin gəlirləri kəskin artdı

14:42 - 27.08.2021


27 avgust, Fineko/abc.az. Çinin neft və qaz nəhəngi PetroChina-nın 2021-ci ilin yanvar-iyun aylarında əldə etdiyi cəmi gəlir kəskin artıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən şirkətin gəlirləri 1,19 trilyon yuan (təxminən 183 milyard dollar) təşkil edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 28.8% artım deməkdir.

Səhmdarlara aid olan xalis mənfəət ilin ilk yarısında 53 milyard yuan (təxminən 8.2 milyard dollar) təşkil edib.

Keçən ilin eyni dövründə şirkət, COVID-19-un yayılması və dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində 30 milyard yuan zərər etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər