Şuşada otelin təməli qoyulub - Prezident açılışa qatılıb

10:19 - 30.08.2021


30 avgust, Fineko/abc.az. Bildiyiniz kim Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Şuşaya səfər edib.

ABC.AZ-ın məlumatına görə, səfər zamanı Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təməlqoyma tədbirində iştirak ediblər.

Prezident İlham Əliyev “Otel və Konfrans Mərkəzi”nin təməlini qoyub. Qeyd edək ki, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir.

Qədim dövrdə Şuşa Böyük İpək Yolunun əsas qovşaqlarından biri idi. Avropa və Şərq şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırdı. Bu şəhərlərdən davamlı gəlib–gedən tacirlərin gətirdikləri malları saxlamaq üçün karvansaraylar tikilirdi.

Karvansaray konseptini əsas götürərək, Şuşa şəhərinin mərkəzində, Zəfər yolunun üzərində yerləşəcək 5 ulduzlu “Otel və Konfrans Mərkəzi” müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn edilib.

 

Bütün xəbərlər