Türkiyə pilotsuz hərbi təyyarə istehsal edə bilər - Anonsu verildi

11:33 - 30.08.2021


30 avgust, Fineko/abc.az. Türkiyənin "Baykar" şirkəti yaxın illərdə ilk yerli pilotsuz hərbi təyyarə istehsal edə bilər.

ABC.AZ xəbər verir ki, bunu şirkətin rəhbəri Səlcuq Bayraktar "Bayraktar Akıncı" zərbə pilotsuz uçuş aparatının (PUA) Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi mərasimində deyib.

Şirkət rəhbəri qeyd edib ki, "Akıncı" PUA-sının hazırlanması üzərində işlər 4 il davam edib.

"Hazırda hərbi təyyarənin layihələndirilməsi üçün hazırlıqlar aparılır. Yeni nəsil "Bayraktar TB3" hazırkı TB2 modelindən daha böyük olacaq və hərbi gəmilərin platformasından uçuş və eniş edə biləcək. TB3-ün ilk uçuşunu 2022-ci ildə həyata keçirmək nəzərdə tutulur" deyə S.Bayraktar bildirib.

 

Bütün xəbərlər