Avropada turizm canlanıb - Pandemiya əvvəlki kimi təsir etməyib

15:53 - 30.08.2021


30 avgust, Fineko/abc.az. Pandemiyanın bu yay baş verən növbəti dalğası Avropa İttifaqına ötən ilə nisbətən daha az təsir edib.

ABC.AZ xəbər verir ki, rəsmi statistika qurumlarına alternativ olan əksər göstəricilər istehlakçı aktivliyinin yüksək olduğunu göstərir.

Ən iri turizm bölgələrindən olan İspaniyada bu mövsüm hotellərin 50%-dən çoxu pandemiyadan sonra ilk dəfə dolub.

Almaniya, İtaliya, Portuqaliya və İspaniyada qısamüddətli rezervasiyalar hələ 2019-cu ilin səviyyəsinə çatmasa da, sürətlə artır. Bununla belə, bir sıra sahələr hələ də kifayət qədər geridədir.

 

Bütün xəbərlər