Pensiya alanlar azalır - 3 səbəb

16:43 - 30.08.2021


30 avgust, Fineko/abc.az. Azərbaycan əhalisi artdıqca pensiyaçıların sayı azalır, bu tendensiya ilə pensiya alanlar bir neçə ilə əhalinin 10 faizindən də az olacaq.

ABC.AZ xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb.

Dövlət Statistika Komitəsinə istinad edən ekspert pensiya alanların sayının azalmasını 3 səbəblə əlaqələndirib: “Birinci məqam, pensiya yaşının qaldırılmasıdır. Hazırda Azərbaycanda kişilər üçün pensiya çıxma yaşı 65 il, qadınlar üçün 62 il 6 aydır. Bu göstəriciyə görə MDB dövlətləri arasında liderik. İkincisi, pensiya hüququnun təmin olunmamasıdır. 2016-cı ildən etibarən pensiya haqqını ala bilməyənlərə yaşa görə müavinət (qocalıq müavinəti) verilir.

Üçüncü səbəb isə ölümün cavanlaşmasıdır.

 

Bütün xəbərlər