330x110
 

Emin Ağalarov Bakıda ticarət mərkəzi tikdirəcək

31.08.2021,10:55


31 avgust, Fineko/abc.az. Bakının ətrafındakı "Sea Breeze" kurort ərazisində "Crocus Group" şirkətinin ticarət mərkəzinin tikintisinə başlanılacaq.

ABC.AZ xəbər verir ki bunu TASS -a "Crocus Group"un birinci vitse -prezidenti Emin Ağalarov bildirib.

O qeyd edib ki, tikinti sentyabrda başlayacaq.  Qeyd edək ki, obyektin 2022-ci ilin yayında açılması planlaşdırılır.

Müəllif: Elmir Murad