Cənubi Koreya bu sahəyə ən çox investisiya qoyan 2-ci ölkədir

11:18 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Asiyanın ən iri iqtisadiyyatlarından olan Cənubi Koreyanın dövlət maliyyə institutları son 10 ildə qlobal ənənəvi yanacaq, xüsusən neft-qaz layihələrinə 127 milyard dollardan artıq investisiya yatırıb.

ABC.AZ-ın məlumatına görə, hazırda Koreya İnkişaf Bankı, İxrac-İdxal Bankı (KEXIM) və Koreya Ticarət Sığortası Korporasiyası neft-qaz layihələrinin ən iri sponsorları arasındadır.

Son 10 ilin nəticəsinə görə, Cənubi Koreya Çindən sonra bu tipli layihələrə investisiya edən 2-ci böyük ölkədir.

 

Bütün xəbərlər