"Zoom Video Communications" şirkətinin gəlirləri 1 milyard dolları keçib

11:23 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Amerikanın "Zoom Video Communications" şirkəti gəlirlərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkətin gəlirləri cari ilin ikinci rübündə gəlirləri ilk dəfə 1 milyard dolları keçib.

Zoom qurucusu Eric Yuan məsələ barədə açıqlama verərək bildirib ki, "2021 -ci ilin ikinci rübündə, rüblük gəlirimiz ilk dəfə olaraq güclü gəlirlilik ilə 1 milyard dollara çatdı".

O xidmətin gəlirinin bundan əvvəlki ilə nisbətən 54% artdığı bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər