Heyvanların peyvəndlənməsinə 9 milyon manatdan çox vəsait xərclənib

12:17 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Ötən il Azərbaycanda xırda və iribuynuzlu heyvanların peyvəndlənməsinə 9 milyon manatdan çox vəsait xərclənib.

ABC.AZ Apa-ya istinadən bildirir ki, bunu Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, istisna deyil ki, cari ildə də peyvəndlənmə eyni rəqəm civarında olacaq, lakin bu, aparılan seromonitorinqlərdən sonra bəlli olacaq.

"Hazırda Azərbaycanda xırdabuynuzlu heyvanların sayı 7,6 milyo baş, iribuynuzlu heyvanların sayı isə 2,5 milyon baş təşkil edir. Ümumilikdə, il ərzində heyvanlara 33,5 milyon ədəd vaksin vurulub. Bu, o deməkdir ki, il ərzində bir heyvana 3,3 ədəd vaksin vurulur", - deyə M. Əliyev qeyd edib.

 

Bütün xəbərlər