Azərbaycan yeni peyk istifadəyə verəcək?

14:04 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Azərbaycan sayca 4-cü peykini istifadəyə verməsi ilə bağlı araşdırmalara başlayıb.

ABC.AZ xəbər verir ki, “Azərkosmos” tərəfindən həyata keçirilən araşdırmalar yeni məsafədən müşahidə peykinin orbitə buraxılması imkanları ilə bağlıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır.

“Son illərdə dünyada həm telekommunikasiya, həm də müşahidə peyklərinin sayı sürətlə artır və imkanları genişlənir. Bu da öz növbəsində Azərbaycanda müasir kosmik sənayenin trendlərini daha yaxından müşahidə etməyə imkan verir. Hazırda “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərinin resurslarının daha aktiv kommersiya məqsədilə istifadə olunması üçün fəal işlər görülür. Eyni zamanda ölkəmizin Yer müşahidəsi sahəsində peyk xidmətlərinin davamlı olması məqsədilə bazar araşdırmaları aparılır. Bununla əlaqədar olaraq “Azərkosmos” Azərbaycanın yeni, Yerin məsafədən müşahidəsi sisteminə tələblərin formalaşdırılması üzərində işləyir".

 

Bütün xəbərlər