Yeddi ayda ən çox ixrac həyata keçirən şirkətlərimiz – Siyahı

14:25 - 31.08.2021


31 avgust, Fineko/abc.az. “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyul ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı” hesabatının avqust sayına istinadən xəbər verir ki, hesabata görə, siyahının ilk üçlüyündə "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "Local Garden" qərarlaşıb.

Digər yerlərdə isə "P-Aqro" MMC, "Baku Steel Company" MMC, "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, “FruitLand" MMC və Cəfərov İlqar Südgül oğlu yer tutub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər