Qonşu ölkə Avropa Birliyinin yardımından imtina etdi

16:53 - 31.08.2021


31 avgust, Fineko/abc.az. Hər hansı bir təhlükənin qarşısını almaq üçün, Avropa Birliyinin ölkəmizə verdiyi kreditin ikinci hissəsini almaqdan çəkinmək qərarına gəldik.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili açıqlama verib.

Baş nazirin sözlərinə görə, bunun əsas səbəbi hökumətin xarici borcunu azaltmaqdır: "Makro maliyyə yardımının bir hissəsi 2020-ci ildə aldığımız bir kreditdir. 75 milyon avroluq kreditin ikinci hissəsi qrant və yardım deyildi, yəqin ki, Maliyyə Nazirliyi bu barədə daha sonra açıqlama verəcək. Bu il xarici borcumuzu azaltmağa başladığımızı nəzərə alsaq, çox güman ki, artıq bu məbləği almağa ehtiyac qalmayacaq".

 

Bütün xəbərlər