Bir gündə 44 nəfər öldü - Yoluxma statistikası

17:31 - 31.08.2021


31 avqust, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 3788 yeni yoluxma faktı qeydə alınıb, 3228 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər həyatını itirib.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, indiyədək ölkədə ümumilikdə 424891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366126 nəfər müalicə olunaraq sağalıb, 5636 nəfər vəfat edib, aktiv xəstə sayı 53129nəfərdir.

Koronavirusa yoluxma hallarının aşkarlanması üçün sutka ərzində 19 693 test keçirilmiş, ötən müddət ərzində 4 461 937 test keçirilmişdir.

Bütün xəbərlər