Qapalı məkanlarda Covid pasportu tətbiq edilməyə başlandı - Bu gündən

10:09 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.

ABC.AZ-ın məlumatına görə, bu Operativ Qərargahın qərarına əsasən həyata keçirilir.

Belə ki, Operativ Qərərgah sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslərin aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilməsi barədə qərar verib.

- ictimai iaşə müəssisələrində;

- mehmanxanalarda;

- iri ticarət mərkəzlərində.

 

Bütün xəbərlər