Hansı məkanlarda iki doza vaksinin pasportu tələb olunacaq? - Açıqlama

10:15 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Bildiyiniz kimi, bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.

ABC.AZ xəbər verir ki, Operativ Qərargahın qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərinə yalnız COVID-19 pasportu olan halda buraxılacaq.

“İctimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər. Bununla bağlı ötən gün elektron hökumət portalının əməkdaşları da açıqlama veriblər. İşçi heyətin isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir” deyə DİN-dən bildirilib.

 

Bütün xəbərlər