Türkiyə iqtisadiyyatı artır - 20 fazidən artıq çoxalma var

12:30 - 1.09.2021


1 sentyabr, Fineko/abc.az. Türkiyə iqtisadiyyatında ilin ikinci rübündə artım müşahidə olunmaqdadır.

ABC.AZ-ın məlumatına görə, Türkiyə iqtisadiyyatı pandemiyanın iqtisadi fəaliyyətə zərbə vurduğu keçən ilin eyni dövrü ilə müqayisədə 21,7% artıb.

Qeyd edək ki, proqnoz iqtisadi artımın 22% olacağı istiqamətində idi. Müqayisə üçün onu da qeyd edək ki, Türkiyə iqtisadiyyatı birinci rübə nisbətən 0,9% artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər