Bakı Fond Birjasının dövriyyəsi 8 milyard manata çatdırılıb

12:24 - 17.10.2017


Bakı Fond Birjası, fəaliyyətinin  prioritetli istiqamətlərini müəyyən edib.

“Azərbaycanın kapital bazarları, imkanlar və perspektivlər” konfransı zamanı, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazovun deyib ki, listinqin aktivləşdirilməsi, şirkətlərin cəlb edilməsi, korporativ idarəetmənin inkişafı prioritetli istiqamətlər qismində təyin edilmişdir.

“Hal-hazırda Bakı Fond Birjasında 138 maliyyə aləti mövcuddur, lakin, bununla belə, onların məhsul kimi qruplaşdırılması və investorlara təqdim edilməsinə zərurət vardır”, - V.Namazov belə deyib.

Onun sözlərinə görə, Bakı Fond Birjasında 3 milyard manat həcmində bazar kapitallaşdırması həyata keçirilmişdir, birjanın dövriyyəsi isə 8 milyard manat təşkil edir.

Bütün xəbərlər