Bir gündə koronadan 81 ölüm - Gürcüstanda ölənlər artır

11:59 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Gürcüstanda ötən sutkada 81 nəfər koronavirusun qurbanı olub.

ABC.AZ-ın məlumatına görə, son 24 saat ərzində 3212 yeni yoluxma halı aşkar olunub, 5017 nəfər COVID-19-dan sağalıb.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda 556 909 yoluxma və 7563 ölüm faktı aşkarlanıb.

 

Bütün xəbərlər