Sahibkarlıq subyektləri tərəfindən 1 428 yeni iş yerləri açılacaq - Anons

14:43 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu ilin 31 avqust tarixinə güzəştli kreditlər üzrə 945 investisiya layihəsinin maliyyələşdirilməsinə müsbət qərar verilib.

ABC.AZ xəbər verir ki, bunu  Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Osman Xaliyev deyib.

Onun sözlərinə görə, müraciətlər üzrə kredit tələbi 48,4 mln. manat təşkil edir.

"Təqdim olunan məlumatlar əsasında sahibkarlıq subyektləri tərəfindən yaradılacaq layihələr üzrə 1 428 yeni iş yerləri açılacaq" deyə O.Xaliev deyib.

 

Bütün xəbərlər