"Whatsapp" cərimələndi - Səbəb

16:15 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. "Whatsapp" çox böyük məbləğdə cərimələnib.

ABC.AZ-ın məlumatına görə, İrlandiyanın Məlumatların Qorunması Komissiyası Whatsapp-la bağlı 2018-ci ildən davam edən araşdırmanın yekunlaşdığını açıqlayıb.

Açıqlamada qeyd olunub ki, Şirkətin Avropada ümumi məlumatların qorunması qanunvericiliyini (GDPR) pozması sübut olunub.

Açıqlamada “Whatsapp-ın Avropa İttifaqındakı vətəndaşlara onların şəxsi məlumatlarından hansı məqsədlərlə istifadə olunması və bu məlumatların hansı səviyyədə Facebook-la paylaşılması barədə dəqiq və ətraflı məlumat vermədiyi” bildirilir.

Nəticədə qlobal mesaj xidməti 225 milyon avro (267 milyon dollar) cərimələnib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər