Azərbaycanlı iş adamının Ukraynadakı şirkətinin gəlirlərində artım - 20 faizə yaxın

16:36 - 2.09.2021


2 sentyabr, Fineko/abc.az. Azərbaycanlı iş adamına məxsus "Vodafone Ukrayna" telekommunikasiya şirkəti 2021-ci ilin 2-ci rübündə maliyyə göstəricilərini yaxşılaşdırıb.

ABC.AZ-ın məlumatına görə, “Vodafone Ukrayna” şirkətlər qrupunun gəlirləri 4,9 milyard qrivna təşkil edib.

Beləliklə də 2021-ci ilin aprel-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artım baş verib.

Azərbaycanlı iş adamının Şirkətinin digər maliyyə göstəriciləri də artım nümayiş etdirib.

Qeyd edək ki, sözügedən şirkətin təsisçisi və sahibi Nəsib Həsənovdur.

 

Bütün xəbərlər