Neft ucuzlaşır, Brent bir barelə $72,97 təşkil edir

09:46 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Ötən sessiyanın nəticələrinə görə 2%-dən çox yüksəldikdən sonra, etalon markaların qiymətləri cümə günü ticarətində azalır.

Saat 9:15-də London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,06 (0,08%) ucuzlaşaraq bir barelə $72,97 təşkil edib. Sentyabrın 2-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $1,44 (2,01%) artaraq bir barelə $73,03 təşkil edib.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,21 (0,30%) enərək bir barelə $69,78 təşkil edib. Sentyabrın 2-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $1,40 (2,04%) qalaxaraq bir barelə $69,99 təşkil edib.

 

Bütün xəbərlər