Gələn il dünyada maliyyə böhranı yaşana bilər - Proqnoz

11:01 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. 2023-cü ilin əvvəlində dünya iqtisadiyyatı, yenidən Rusiyaya tənəzzül, inflyasiya və rublun devalvasiyası vəd edən qlobal maliyyə böhranı ilə üzləşə bilər.

ABC.AZ xəbər verir ki, bu Rusiya Mərkəzi Bankının 2022-24-cü illər üzrə "Pul siyasətinin əsas istiqamətləri" layihəsində öz əksini tapıb.

Proqnoza görə, Mərkəzi Bankın baza ssenarisində neftin bir barelinin qiyməti 50-60 dollar olacaq, Rusiya iqtisadiyyatı ildə 2-3% artacaq və xalis kapital axını təxminən üç dəfə - 54 milyard dollardan 20 milyard dollara qədər yavaşlayacaq.

Mərkəzi Banka görə, dünyada inflyasiya daha da sürətlənəcək.

 

Bütün xəbərlər