Azərbaycanın Sahibkarlar Konfederasiyası ilə Belarusun Ticarət Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

12:49 - 17.10.2017


Bakıda Azərbaycan-Belarus  biznes forumu keçirilir.

Biznes forum, ölkənin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən təşkil edilmişdir.

Forumda kənd təsərrüfatı, sənaye, tikinti, əczaçılıq, turizm, informasiya-kommunikasiya texnologiyaları, konsaltinq, maliyyə və s. sahələrdən təxminən 100 sahibkar iştirak edir.

Biznes forumu çərçivəsində, Azərbaycanın Sahibkarlar Konfederasiyası ilə Belarusun  Ticarət Sənaye Palatası arasında qarşılıqlı mənfəətli əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.

Bütün xəbərlər