330x110
 

Yaxın gələcəkdə turistlər Qarabağa da səfər edə biləcəklər - Florian Zenqstşmid

03.09.2021,15:22


3 sentyabr, Fineko/abc.az. Yaxın gələcəkdə turistlər Azərbaycanın bol səyahət təcrübəsi vəd edən ənənəvi guşələri ilə yanaşı, tarixi, təbii və mədəni resurslara malik olan Qarabağa da səyahət edə biləcəklər.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O beynəlxalq tədbirdə çıxışı zamanı ekoturizmlə bağlı təkliflər, turistlərin sağlamlığı və təhlükəsizliyi üçün görülən tədbirlər, rəqəmsal platformların inkişafı, eləcə də işğaldan azad olunmuş ərazilərin turizm imkanları haqqında danışıb.

Baş icraçı direktor qeyd edib ki, 29-dan çox ölkə üçün beynəlxalq sərhədlərin açılması və vaksinasiya prosesinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda turizm sənayesinin tədricən bərpası istiqamətində işlər davam etdirilir.

Müəllif: Elmir Murad