Bu peşə məktəblərində pozuntular aşkarlandı - Cinayət işi açıldı

16:26 - 3.09.2021


3 sentyabr, Fineko/abc.az. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yoxlama aparılmaqla, həmin Agentliyin tabeçiliyində olan 1 və 2 nömrəli Gəncə Peşə məktəblərində və 3 nömrəli Gəncə Peşə Liseyində qanun pozuntuları aşkarlanıb.

Gəncə Şəhər Prokurorluğundan ABC.AZ-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, təhsil müəssisələrinin vəzifəli şəxsləri tərəfindən qulluq mövqelərindən istifadə edilməklə 1 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 34 min manat, 2 nömrəli Gəncə Peşə Məktəbində ümumilikdə 25 min manat, 3 nömrəli Gəncə Peşə Liseyində isə ümumilikdə 32 min manat məbləğində ziyan vurulmaqla qeyd edilən vəsait talanılıb.

Fakta görə cinayət işi başlanılıb.

 

Bütün xəbərlər