Neft ucuzlaşır, Brent bir barelə $71,72 təşkil edir

09:49 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. Dünyada COVİD-19 yeni dalğasının qlobal tələbatın pisləşməsi haqqında siqnallar fonunda, neftin etalon markalarının nqiyməti bazar ertəsi günü ticarətində aşağı düşür.

Saat 9:25-də London ICE Futures birjasında Brent neftinin noyabr fyuçersi $0,89 (1,23%) ucuzlaşaraq bir barelə $71,72 təşkil edib. Sentyabrın 3-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin noyabr fyuçersi $0,42 (0,58%) enərək bir barelə $72,61 təşkil edib.

Saat 9:25-də Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin oktyabr fyuçersinin qiyməti $0,82 (1,18%) azalaraq bir barelə $68,47 təşkil edib. Sentyabrın 3-də baş tutmuş hərracların nəticələrinə görə, oktyabr ayına fyuçers $0,70 (1%) enərək bir barelə $69,29  təşkil edib.

Ötən həftə Brent markalı neftin qiyməti 1,3%, WTI isə 0,8% bahalaşıb.

 

Bütün xəbərlər