Azərbaycan iqtisadiyyatı barədə nikbin proqnoz – Böyüyəcək

14:55 - 6.09.2021


6 sentyabr, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, Azərbaycanda real ÜDM istehsalı COVID-19 pandemiyasından əvvəlki səviyyəyə 2023-cü ildə qayıdacaq.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, 2020-ci ildə ölkə iqtisadiyyatında COVID-19 pandemiyası fonunda geriləmə baş vermişdi və real ÜDM istehsalı 4,3% azalaraq 28,62 mlrd. manata enmişdi.

BVF-nin proqnozlarına görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında real ÜDM istehsalı 2,3%, 2022-ci ildə isə 1,7% artaraq müvafiq olaraq 29,21 mlrd. manat və 29,71 mlrd. manat təşkil edəcək. Fondun uzunmüddətli proqnozlarına əsasən, 2023-cü ildə ölkədə real ÜDM-in həcmi 2019-cu ildəki göstəricini (29,9 mlrd. manat) nəhayət keçə biləcək və 30,21 mlrd. manata çatacaq (2022-ci ilin proqnozu ilə müqayisədə 1,7%-lik artım). Bundan əlavə, BVF-yə görə, ölkə iqtisadiyyatı 2021-2026-cı illərdə ortaillik 1,8% böyüyəcək.

 

Bütün xəbərlər